Əhalinin koronavirusa inanmamağının fundamental səbəbləri var – İqbal Ağazadə

İnsanların koronavirusun mövcudluğuna inanmamağının bir çox səbəbləri var: ilk olaraq, qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda qeyri-peşəkarlar toplanıb. O adamlar ki, bu xalqı virusa inanmağa çağırırlar, onlar olduqları yerdən hər zaman insanlara yalan danışıblar. O cümlədən, koronavirus yaranandan bəri doğru-düzgün informasiya siyasətinin qurulmaması əhalidə inamsızlıq yaradıb. Əhali bu gün də hesab edir ki, hakimiyyət koronavirusdan öz məqsədləri üçün istifadə edir”

umidparty.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV – də Zaur Qəriboğlunun “Siyasi Reaksiya” verilişində deyib. Partiya sədri bildirib ki, keçən dörd ay müddətində Operativ Qərargah effektiv qərar verə bilməyibsə, virusun yayılmamasında, insanların sosial vəziyyətinin yaxşılaşdırılması yönündə effektiv addımlar atmayıbsa deməli, verilmiş qərarları bir də təkrarlamaq yanlış siyasətdir. Biz məşhur məsəldə deyildiyi kimi aşağı baxıb şükr etməməliyik. Yuxarı baxıb, düşünməliyik. Biz niyə virusla bağlı mübarizədə mənfi nəticələr göstərən Ermənistanla müqayisə olunmalıyıq? Nədən effektiv mübarizə aparan, virusa yoluxmaların sayı kifayət qədər azalan, pandemiya dönəmində əhalisinin sosial vəziyyətini pisləşməyə qoymayan Gürcüstanla müqayisə oluna bilmərik?”

Aparıcının “İnsanlar koronavirusun mövcudluğuna niyə inanmır?” sualına İqbal Ağazadənin cavabını izləyicilərimizə təqdim edirik:

 

Şərh yaz