17 iyun 2023-cü il tarixində Ümid Partiyasının Növbədənkənar VIII Qurultayı keçirilib

Azərbaycan Ümid Partiyasının növbədənkənar VIII Qurultayının
PRESS-RELİZİ

17 iyun 2023-cü il Azərbaycan Ümid Partiyasının növbədənkənar VIII Qurultayı keçirildi. Qurultayda 229 nəfər Qurultay nümayəndəsi iştirak etdi, yeni Nizamnamə qəbul edildi.

İqbal Ağa-zadə yenidən növbəti 5 il üçün partiyanın sədri seçildi.
Bundan əlavə, 15 nəfərdən ibarət İdarə Heyəti seçildi.

1. İqbal Ağa-zadə
2. Ənvər Ağazadə
3. Taleh Əliyev
4. Tamilla Qulami
5. İlahə Sadıqova
6. Rəfail Tağızadə
7. Elman Abbasov
8. Anar İsayev
9. Xanlar Abbasov
10. Bakir Həsənbəyli
11. Səməd Hətəmov
12. Faiq Əliyev
13. Elnurə Əliyeva
14. Raifə Səfərova
15. Mübariz Maxsudov

O cümlədən, 11 nəfərdən ibarət Təftiş Komissiyası seçildi.

1. Elşən Quliyev
2. Namiq Əliyev
3. Nuran Tağıyev
4. Elşad Barat
5. Ələddin Talıbov
6. Validə Şərifova
7. Səfa Orucova
8. Səidə Hüseynova
9. Malik Fərzəliyev
10. Tural Əliyev
11. Namiq Məmmədov

Təftiş Komissiyasının ilk iclasında Elşən Quliyev Təftiş Komissiyasının sədri, müavinlər Namiq Əliyev, Nuran Tağıyev, katib Elşad Barat 5 il müddətinə seçildi.
Qurultaydan sonra İdarə Heyətinin ilk iclası keçirildi. 15 nəfərdən ibarət İdarə Heyəti yeni Nizamnaməyə uyğun olaraq, 45 nəfərdən ibarət Məşvərət Şurası yaratdı.
Sədrin təqdimatı ilə Rəfail Tağızadə Məşvərət Şurasının sədri, Ramiz Əlizadə, Natiq Səfərov, Firəddin Qəhrəmanov, İmadəddin Səlimov, Füzuli Əsgərov sədrin müavinləri seçildilər.

 

Şərh yaz
PAYLAŞ