Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə öz sosial şəbəkə hesabından 2023-cü illə bağlı paylaşım edib. Paylaşımı izləyicilərə təqdim edirik:
2023-cü ildən gözləntilərim böyükdür.
RƏHBƏRLİK ETDİYİM ÜMİD PARTİYASININ DƏYƏRLİ RƏHBƏR ŞƏXSLƏRİ, ÜZVLƏRİ İLƏ BİRLİKDƏ ÇALIŞACAĞIQ Kİ;
– İlk növbədə Güney Azərbaycanın istiqlalı yolunda böyük bir addımın atılacağının şahidi olaq;
– Rus qoşunlarının ölkəmizdən çıxmasına bir az da yaxınlaşaq;
– Suverenliyimizin bərpa olunmadığı ərazilərimizə yönəlik siyasətdə köklü dəyişikliklərə nail olunmasında yaxından iştirak edək;
– İşğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin yurdlarımıza qayıtmasının yeni mərhələsinə töhfə verək;
– Milli həmrəylik və milli birlik üçün çalışaq;
– Konstitusiyaya dəyişiklik istiqamətində verdiyimiz təkliflər referenduma çıxarılsın;
– İnsan haqları qorunsun və siyasi məhbuslar azad edilsin;
– Seçki Məcəlləsinə dəyişiklik təkliflərimiz reallaşdırılsın;
– Barış və dialoq mühiti cəmiyyətin daha geniş spektrini əhatə etsin;
– Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, kommunal xərclərin azaldılması, qaz və işığa tətbiq olunan limitin aradan qaldırılması, uşaq pullarının verilməsi, minimum yaşayış həddinin minimum istehlak zənbilinə uyğunlaşdırılması istiqamətində hökumətə təklif və tələblərimizi çatdıraq;
– Azad, demokratik cəmiyyət quruculuğunda bütün qüvvəmizi səfərbər edək;
P.S. Yeni İliniz mübarək, əziz soydaşlar!
Bu düşüncələrimizi, arzu və niyyətlərimizi gerçəkləşdirmək üçün bizimlə olun, ÜMİDli olun, ÜMİD sizsiniz…
Sevgi və sayğılarla
İqbal Ağazadə