30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Günüdür

30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Günüdür.

1999-cu ilin bu günü Birinci Qarabağ müharibəsinin zabit və gizirləri Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasında xüsusi iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 2016-cı ilin Aprel Döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək, Lələtəpə yüksəkliyini azad etməklə, eləcə də Azərbaycanın nəzarətində olan ərazilərdə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Arazboyu kəndlərində yaşayış məntəqələrimizin təhlükəsizliyini qismən təmin etmiş olub.

26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri iştirak ediblər.
Qeyd edək ki, general-leytenant Hikmət Mirzəyev Aprel döyüşlərinin, Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarının  və Vətən müharibəsinin hərbi rəhbərlərindən biri – Vətən Müharibəsi Qəhrəmanı – dır. 
Belə ki, Xüsusi Təyinatlı Qüvvələri həmçinin İkinci Qarabağ savaşında, Şuşanın alınmasında əvəzolunmaz rol oynayıb. 
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər “Qarabağ” ordeni ilə təltif edilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Xüsusi Təyinatlı Qüvvələrin igid kollektivini təbrik edir, onlara uzun ömür, can sağlığı və təhlükəli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır.
Topraqlarımızın işğaldan azad edilməsində canından keçən XTQ şəhidlərimizin ruhu qarşısında baş əyir, doğmalarına, yaxınlarına səbr diləyirik!
Hər şey Azərbaycan üçün!
Şərh yaz