İqbal Ağazadə imkansız ailələrə ərzaq paylayıb – VİDEO

Dünyanı fakt qarşısında qoyan koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də əhalinin kasıb təbəqəsinin ərzağa olan ehtiyacının daha qabarıq şəkildə özünü göstərməsidir.

Hər zamankı kimi istənilən məsələdə dövlətin, xalqın yanında olan Ümid Partiyası yenə də ehtiyacı olan insanları qayğısız qoymayıb. Partiya sədri cənab İqbal Ağazadənin təşəbbüsü və təşkilatçılığı ilə başlayan aksiyada əksər partiya funksionerləri iştirak ediblər. Yardım alan onlarla şəhid ailəsi, Qarabağ qaziləri, əlillərin olduğu vətəndaşlar hər zamankı xeyirxahlığı üçün İqbal Ağazadəyə, bu nəcib aksiyanı həyata keçirdiyi üçün Ümid Partiyasına dərin minnətdarlığını bildiriblər.

Xatırladaq ki, ölkənin belə çətin şəraitində Azərbaycan Ümid Partiyasının sədri bütün siyasi qüvvələrə müraciət etmiş, ölkədə sabitliyin qorunması və problemdən çıxış yolunun birgə tapılması üçün genişşaxəli əməkdaşlığa ehtiyac olduğunu vurğulamışdı. Ağazadə hamını – iqtidarı və müxalifəti birgə fəaliyyətə, çıxış yolunu aramağa, xalqın və dövlətin ziyan görməməsi üçün ortaq əməkdaşlığa çağırmışdı.

Belə ki, əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün Ümid Partiyası 19 mart 2020-ci il Azərbaycan hökümətinə sosial, bank-maliyyə, səhiyyə, gömrük, penitensiar, kənd təsərrüfatı, ordu, neft və siyasi sahə üzrə təkliflər paketini təqdim edib…

Təklif paketinin bötüv məzmunu buradan oxuya biləsiniz:

XÜSUSİ VƏZİYYƏT İLƏ BAĞLI ÜMİD PARTİYASININ TƏKLİFLƏRİ

 

Şərh yaz