O zabitlər İranın hansı məxfi məlumatını İsrailə ötürüb? – ANAR İSAYEVdən şərh

SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabiti, bir diplomat və 3 iranlı podratçı ABŞ-ın Beyrutdakı səfirliyinə sığındığı barədə məlumatlar yayılıb. Amerika səfirliyinin rəsmisi isə iddia edib ki, briqada generalı rütbəli bu müşavirlərdən biri İran daxilində gizli hərbi yerlər barədə konkret məlumat müqabilində sığınacaq almağa zəmanət istəyib. Lakin bu xəbərin doğru olub-olmadığı təsdiqlənməyib.

Bu real ola bilərmi? Hansı səbəbdən həmin şəxslər ABŞ-a sığınmağa çalışıblar?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu xəbərin doğru olması ehtimalı yüksəkdir:

Son proseslər, xüsusən də Suriyada Əsəd rejiminin devrilməsi sözügedən məsələlərin ortaya çıxmasına zəmin yaradır.

Bəşər Əsədin hakimiyyətdə qalmasına iki ölkə İran və Rusiya dəstək olurdu. Suriya ərazisində Rusiyanın iki hərbi bazası var. Belə ki, Suriyada Rusiyanın hava hücumundan müdafiə və hərbi donanması yerləşirdi. İranın proksi qüvvələri HƏMAS, “Hizbullah” Suriya ərazisində yerləşirdi. 2010-cu ildə Yaxın və Orta Şərqdə “Ərəb baharı” başlayanda bir çox ölkədə hakimiyyət çevrilişi baş verdi. Misirdə Hüsnü Mübarək, Tunisdə Zelnalabdin ben Əli, Liviyada Muammer Qaddafi və s. bu prosesdə devrildi. İraqda Səddam Hüseyn isə daha öncə – 2003-cü ildə devrilmişdi. Suriyada bu halın yaşanmaması, Bəşər Əsədin devrilməməsinin səbəbi də adı çəkilən ölkələrdən verilən dəstək idi”.

Siyasi şərhçinin sözlərinə görə, Qüds qüvvələrinin 6 yüksək rütbəli zabitinin, bir diplomat və 3 iranlı podratçının ABŞ-ın Beyrutdakı səfirliyindən sığınacaq istəməsi təbiidir:

“Bunun bir neçə səbəbi ola bilər. Həmin SEPAH qüvvələrinin ABŞ, yaxud da İsrailə işləyib kəşfiyyat məlumatları verməsi ehtimalı da var. O, şəxslər əməllərinin aşkara çıxacağından qorxduqları üçün təhlükəsizliklərini təmin etmək adına belə bir addım atıblar”.

Safura Bənnayeva

Globalinfo.az

https://globalinfo.az/o-zabitler-iranin-hansi-mexfi-melumatini-israile-oturub-abs-a-siginan-sexslerle-bagli-muhum-detal/?fbclid=IwY2xjawHJG31leHRuA2FlbQIxMAABHYamR32559E_oCXavInfSp3ike4eV0BkXCod1fC2BUplD7ipjsD0WARNMw_aem_X2VnRFrHs1pwshk1SW29OA

 

Şərh yaz