Bu gün Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasda ölkədəki hazırkı ictimai-siyasi vəziyyət dəyərləndirilib, qarşıda duran vəzifələrin icrası barədə fikir mübadiləsi aparılıb.
Pandemiya dövrünün qaydalarını qorumaqla partiya fəaliyyətinin gücləndirilməsi üçün bütün mümkün variantlar müzakirə olunub. Partiyanın şəhər və rayon şöbələrinin fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb və qərara alınıb ki, ölkədə pandemiya vəziyyəti ilə əlaqədar olaraq, partiyanın ənənəvi qaydada keçirilən regional müşavirələri onlayn təşkil edilsin.
Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz