Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib. Bu barədə o, öz Feysbuk səhifəsində məlumat verib: “Könüllü döyüşə getmək üçün aidiyyatı qurumdan rəsmi qeydiyyatdan keçdim”.
Daha sonra Ümid Partiyasının sədr müavini Tamilla Qulami, sədr müşaviri Mehriban Sadıqova, partiyanın Ali Məclisinin sədr müavini Günel İbadova və Mətbuat Xidmətinin rəhbəri Elşad Barat da rəsmi müraciət ediblər. Eybi zamanda Ümid Partiyasının rayon təşkilatlarından onlarla insan savaşa qatılmaq üçün yerli idarələrə müraciət göndəriblər.
Qeyd edək ki, İqbal Ağazadə hələ tələbə olanda könüllü olaraq Qarabağ döyüşlərinə qatılıb. O, könüllü tələbələrin komandiri olub.
Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz