Bu işi başlamışıqsa, bitirməliyik. Qələbə ilə! – İqbal Ağazadə

Vətən, millət məsələsi öndə olanda, müxalifət, sədr, müxalif mövqe ortada olmur. Bu gün hamımız əsgərik. Sadəcə hərəmiz bir yerdə mübarizə aparırıq: kimi ön cəbədə savaşır, kimi arxa cəbhədə dəstək olur, kimi məlumatlandırır. 

Biz müstəqilliyimizdən indiyə qədər millət kimi formalaşma dövrünü keçmişik.  Müstəqil  vətənin, bütövləşmənin nə olduğunu dərk etmişik. Ona görə bu birlik bizi təəccübləndirməməlidir. Müharibə bitənə, qələbə çalana kimi də bu birliyimiz davam etməli, hamımız bir nəfər kimi Ali Baş Komandanın əsgəri olmalıyıq. 

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə Space kanalının “Sadə həqiqətlər” proqramının qonağı olarkən deyib. 

Qarabağ uğrunda gedən savaş, hərbi strategiyalar, Azərbaycanın xarici siyasəti və daxili münasibətləri haqqında geniş təhlil aparan partiya sədri xaricdə yaşayan soydaşlara da müraciət edib. 

Ölkəmiz üçün faydalı və tarixi açıqlamalar edən İqbal Ağazadənin bu verilişdəki çıxışının tamamını izləyicilərimizə təqdim edirik:

 

Şərh yaz
PAYLAŞ