22 fevral 2021-ci il Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini Tamilla Qulami Xural TV-nin canlı efirində qonaq olub.
Sədr müavini veriliş boyu tanınmış jurnalist aparıcı Əvəz Zeynallının pandemiya şərtlərinə uyğun olaraq, maskaya görə insanların polis tərəfindən cərimələnərkən haqsızlıqlarla üzləşməsi, cərimələr yazılarkən qanunsuzluqlara yol verilməsi, pandemiya ilə mübarizədə hakimiyyətin atdığı addımlardakı anormallıqlar, son günlər baş verən intiharların artma səbəbləri, ölkədəki mövcud sosial vəziyyətlə bağlı suallarını cavablandırıb.
Tamilla Qulami şəhid ailələri və qazilərin problemləri, 44 günlük müharibədən sonrakı dövrdə Qarabağ ətrafında cərəyan edən proseslər, gözləntilər, rus sülhməramlıların niyyəti, mövcud vəziyyət və insanlarımızı narahat edən məqamlar, məmur özbaşınalığı və məmurların məsuliyyətsizliyi, parlamentarilərin yarıtmaz fəaliyyəti, bunun səbəbləri, müxalifətin vəzifələri və bu düşərgədə olan çatışmazlıqlardan söz açıb və Ümid Partiyasının sadalanan problemlərə münasibəti, həlli istiqamətində təklifləri səsləndirib.
umidparty.org verilişi oxuculara təqdim edir: