YAP rəhbərliyində heç kimin siyasi reytinqi yoxdur – TAMİLLA QULAMİ

Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini Tamilla Qulami 6 mart 2021-ci Osmanqızı TV-nin canlı yayımında qonaq olub. SƏdr müavini verilişdə Yeni Azərbaycan Partiyasının növbədənkənar VII Qurultayının nəticələrini Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri  Zəlimxan Məmmədli ilə birlikdə təhlil edib.

Verilişin aparıcısı Sevinc Osmanqızının Qurultayın növbədənkənar keçirilməsi, İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı partiya sədrinin müavini təyin etməsi barədə suallar ünvanlayıb. Tamilla Qulami cavabında qeyd edib ki, partiya nizamnaməsinə əsasən 40 gün öncə ictimaiyyətə bu barədə məlumat verilməli idi, amma YAP yenə də qanunlara riayət etmədən Qurultayını istədiyi zaman yerinə yetirir. Mehriban Əliyevanın sədr müavini seçilməyi məsələsinə münasibət bildirən Tamilla Qulami YAP rəhbərliyində heç kimin siyasi reytinqi olmadığına diqqət çəkib.

Partiya sədrinin müavini deyib ki, ölkədə Referendum keçirilməli, Konstitusiya dəyişiklikləri edilməli, prezident iki dəfədən artıq seçilməməlidir. Bundan əlavə Konstitusiyada siyasi partiyalar, toplaşmaq azadlığı, seçkilərin keçirilməsi ilə bağlı maddələrə ciddi islahat ehtiyacı olduğunu da vurğulayıb.

Verilişdə hazırda hakimiyyətdə olan partiyanın  sosial, siyasi sahədə yararsız fəaliyyəti də müzakirə edilib.

Osmanqızı TV-də canlı yayımlanan verilişin tamamını izləyicilərə təqqdim edirik:

İlham Əliyev Mehriban Əliyevanı YAP sədrinin I müavini təyin etdi

 

 

Şərh yaz