Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın növbəti Qurultayından sonra sərəncam imzalayıb. Sərəncama əsasən Ağazadə Ənvər Sərdar oğlu Ümid Partiyası sədrinin birinci müavini vəzifəsinə, partiya sədrinin digər sərəncamı ilə Əliyev Taleh Məhəmməd oğlu isə Ümid Partiyası İcra Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, martın 28-də pandemiya şərtlərinə uyğun olaraq, partiya özünün növbəti V (VII) Qurultayını onlayn qaydada keçirib.
QEYD: Ağazadə Ənvər Sərdar oğlu – 1968-ci ildə Yardımlı rayonunda anadan olub.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1992-1997) bitirib.
1998-2001 – ci illərdə “Bu gün” qəzetində müxbir kimi çalışıb. Jurnalistlərin Həmkarlar İttifaqının təsisçilərində biri, təşkilatın sədr müavini olub. 2001-ci ildən Ümid Partiyasının üzvü olaraq, siyasi fəaliyyətlə məşğuldur. Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri, ideoloji təbliğat məsələləri üzrə sədr müavini, Ümid Partiyası Ali Məslisinin sədri, daha sonra Ümid Partiyası sədrinin birinci müavini olub.
30 mart 2021-ci il tarixində Ümid Partiyası sədrinin sərəncamı ilə partiya sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
Əliyev Taleh Məhəmməd oğlu 10 yanvar 1976-cı ildə Ağdam rayonunun Poladlı kəndində anadan olub.
Bakı Sosial İdarəetmə və Politologiya (BSİPİ) İnistitutunda “Politologiya” fakültəsində ali təhsil alıb. 2009-cu ilin may ayından Ümid Partiyasının üzvüdür. 2009 – 2014-cü illərdə Ümid Partiyası sədrinin müavini, 2014 – cü ilin iyun ayından Ümid Partiyası İcra Aparatının rəhbəri olub.
30 mart 2021-ci il tarixində Ümid Partiyası sədrinin sərəncamı ilə İcra Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Ailəlidir, üç övladı var.