Bu gün Ümid Partiyası Ali Məclisin üzvü, Lerik Rayon Şöbəsinin sədri Nazim Kişiyevin doğum günüdür.
Nazim Kişiyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizə aparıb və 2008-ci ildən etibarən Ümid Partiyasının sıralarında mübarizəsini davam etdirir. Partiyanın ictimai-siyasi həyatında fəal olub, hər zaman öz aktivliyi ilə fərqlənib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Nazim bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və siyasi fəaliyyətində uğurlar arzulayır.
Şərh yaz