Nə qədər ki, Cənubi Qafqazda Rusiya var, təxribatların ardı-arası kəsilməyəcək – TAMİLLA QULAMİ

Ümid Partiyasının sədr müavini Tamilla Qulami 4 iyun 2021-ci il Reaksiya Tv-nin efirində aparıcı-jurnalist Zaur Qəriboğlunun təqdimatında  “Siyasi reaksiya” verilişində canlı efir qonağı olub.

Tamilla Qulami 4 iyunda jurnalistlərimizin minaya düşməsindən danışıb, bu faciənin başvermə səbəbində hakimiyyətin səlahiyyətli qurumlarınınn ehtiyatsızlığı, niyə tədbir görməmələri, vətəndaşın təhlükəsizliyinin təminatı olmamağını sərt tənqid edib.

Daha sonra partiya sədrinin müavini xarici ölkələrdəki səfirlərimizin vətəndaşa xidmət  etməmələrini, üzərlərinə düşən vəzifəni yerinə yetirmədiklərini, dövlət üçün deyil, öz şəxsi büdcələri, biznesləri üçün çalışdıqlarını qeyd edib. Tamilla Qulami ümumilikdə isə hakimiyyətin idarəetməsini sərt tənqid edib.

Veriliş boyu bir sıra məsələlər və gündəm müzakirə olunub, Ümid Partiyasının təklifləri irəli sürülüb.

Sözügedən verilişin linkini izləyicilərə təqdim edirik:

 

Şərh yaz