Jirinovskilərin Azərbaycana girişinə qadağa qoyulmalıdır – TAMİLLA QULAMİ

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami Reaksiya Tv-nin canlı efir qonağı olub.

Gündəmin əsas məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin yeni mərhələsinin başlaması ətrafında fikir mübadiləsi olub. Tamilla Qulami efirdə həm Qarabağın bizim nəzarətimizdə olmayan rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mövqelərimizin atəşə tutulması, həm səngər qazılması, həm həmin ərazilərə Ermənistandan hərbi qüvvələrin gətirilməsi olduqca vacib məqamlardan biri olduğunu vurğulayıb. O deyib ki, bu gün gündəmimiz zəngindir, gündəmlə bağlı həm bir Qazaxıstan vətəndaşına, həm də keçmiş səfir, Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadənin Rusiya üçün Persona-non-grata, 50 il bu ölkəyə buraxılmaması gündəmimizin əsas məsələsidir. Daxildə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir müxtəlifliyinin yaranması və bəzən bu istiqamətdə ifrata varılmanın olması cəmiyyətimizi olduqca narahat edən məsələlərdəndir.

Partiya sədrinin müavini qeyd edib ki, gündəmdə olan məsələ olaraq, Paşinyan ciddi-cəhdlə Azərbaycan prezidenti ilə görüşlə bağlı guya sülhpərvər donu geyərək, sülhpərvər mövqedən çıxış edərək, kommunikasiyaların açılması, bizim heç kimin ərazisində gözümüz yoxdu kimi bəyanatlar verərək, dünyanı özünün tərəfdarına çevirmək cəhdləri ondan xəbər verir ki, Paşinyanın müəllimləri bu istiqamətdə çox yaxşı işləyir. 

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz