İran Güney Azərbaycanda baş verəcək Milli Azadlıq Hərəkatının qarşısını almaq üçün addımlar atır – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağa-zadə 22 sentyabr 2021-ci il Zaur Qəriboğlunun təqdimatında “Reaksiya Tv”də canlı efir qonağı olub.

Efirdə İranın Azərbaycana qarşı təxribat addımları, daxili və xarici siyasət, əhalinin sosial-iqtisadi problemləri müzakirə edilib, həlli istiqamətində təkliflər irəli sürülüb.

Partiya sədri bildirib ki, teokratik, avtoritar, o cümlədən imperialist dövlətlər qonşu dövlətlərlə münasibətləri daha çox öz ölkələrindəki problemlərə nəzərən qururlar. İran da, Rusiya da qonşu dövlətlərlə münasibətlərdə ona görə işğalçılıq, yaxud ideoloji ixraclarla məşğuldular ki, proses  öz daxillərinə keçməsin. Məsələn, Rusiya bilir ki, çevrə dövlətləri, yəni postsovet ölkələri demokratikləşərsə, demokratiya onun sərhədlərindən içəri keçər və Rusiya parçalanar, onun içərisindən çoxsaylı ölkələr çıxar. Bunların baş verməməsi üçün Rusiya bütün mübarizə, mücadilə və hərbi aqressiyanı qonşu dövlətlərin ərazisinə keçirdir: Ukraynaya, Belarusa, Moldovaya, Gürcüstana, Ermənistana, Azərbaycana və s. Bu yolla da öz dövlətini, özünün imperialist niyətlərini qoruyur.

İran nə edir? İran bilir ki, ideolojini ixrac etməsə və onunla qonşu olan dövlətlər mütərəqqi, demokratik dövlətlər olacaqsa, mütləq  onun daxilində ciddi problemlər yaranacaq. Özəlliklə də Azərbaycan İran üçün çox ciddi problemdir. Bunun da səbəbi həmin ərazidə 40 milyona yaxın Azərbaycan türkünün yaşamasıdır və mütəmadi olaraq tarixin müxtəlif dönəmlərində, istər 1905-11- ci illərdə, istər 1920-ci ildə Şeyx Xiyabani, Səttərxan, istərsə 1945-ci ildə Pişəvəri və onun komandası, o cümlədən 1990-cı illərdən başlayaraq bu günə qədər davam edən və artıq geriyədönməz bir xarakter alan mübarizə yolu var, bu mübarizə yolunun mütləq İran üçün heç də yaxşı nəticələnməyəcəyini təxmin edirlər, proqnozlaşdırırlar.

Partiya sədri verilişin irəliləyən dəqiqələrində dini təhsil, dinin ideoloji silah kimi istifadə olunması, millətləşmə, dövlətçilik təfəkkürü və digər məsələlər haqqında partiyanın mövqeyini bildirib.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz