Sosial qruplar və köhnə patefon… – RƏFAİL TAĞIZADƏ yazır

Tağızadə Rəfail

Sənin əlindəki çəkicsə, hər şey sənə mismar kimi görsənəcək.

Lütfi Zadə

Bu mövzuya dünya şöhrətli alimdən sitat gətirmək istəməzdim. Amma bundan uyğun ifadə tapa bilmədim. Həm də dedim, bəlkə bu böyük insanın adından çəkinələr…

Sosial şəbəkədə 4-5 nəfərdən ibarət bir qrupcuğaz var ki, Ümid Partiyasından kimin nə danışmasından, nə deməsindən, mövzunun nədən ibarət olmasından asılı olmayaraq, bütün verilişlərdə həmişə eyni şərhi, eyni sualları yazırlar. Sanki xarab olmuş plastinkadı, yiyəsinin də yazığı gəlmir ki, iynənin yerini dəyişsin.

Bu birgünlük, ongünlük, bir aylıq deyil, ağaları dəmdən dəmə düyməni basan kimi başlayırlar. Başlayırlar, nə başlayırlar… Nə söz başa düşürlər, nə münasibət, nə yazı mədəniyyəti. Babam mənə kor deyib… durublar.

Düzdür, yelciyəz qayadan heç nə aparmır; milçəkdi ürək bulandırır.

Adamın bu tiplərə də, zehniyyətə də, özlərini ağıllı sayıb bunları idarə edən saqqalılara da, ancaq yazığı gəlir.

Dünya XXI əsrdə nələrlə uğraşır, bunlar da…

Birinin əl hərəkəti ilə qalxıb, başqasının sözüylə susanlarla hara gedəsən? Nələr qurasan? Dünyaya necə təqdim edəsən…

İdarə olunanlar özləri olmurlar. Ən yaxşı variantda qul olurlar. Qul da qulluğundan razısa, sonrası çətin məsələdi.

Hər kəsə istəyi nəsib olsun.
Bunların da bu millətin, xalqın nümayəndəsi olmasına adamın heyfi gəlir.

Neyləyək, olmasın 3-ü, 5-i. Yoxlar onsuz da sayılmazlar.

 

Şərh yaz