Ümid Partiyasının Rəyasət Heyəti toplanıb

Yanvarın 24-də Azərbaycan Ümid Partiyasının Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.
İclasda ölkədə və bölgədə baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub, eyni zamanda qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
İclasda Ermənistan prezidenti Armen Sarkisyanın istefası geniş müzakirə edilib, səbəbləri, Ermənistanda gedən proseslər və istefanın bölgəyə və Azərbaycana hər hansı formada təsiri barədə diskussiya aparılıb.
İclasda həmçinin keçmiş baş prokuror və səfir Eldar Həsənova ötən həftə hökm oxunması və onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi, ölkə məhkəmələrinin durumu da müzakirə mövzusu olub.
Son olaraq isə ABŞ Federal Təhqiqatlar Bürosunun ötən həftə keçirdiyi reydin Azərbaycanla bağlılığı müzakirə olunub. Belə ki, Konqresin demokrat üzvü Henri Kueyyarın evinə və Texas ştatındakı seçki kampaniyası ofisinə reyd keçirilib və qeyd edək ki, reyd Azərbaycan və bir neçə ABŞ biznesmeni arasında əlaqələrə dair geniş federal təhqiqatla bağlıdır.
Şərh yaz