Ölkəyə tonlarla palma yağı idxal edib əhalinin sağlamlığını məhv edirlər – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağa-zadə 1 fevral 2022-ci il Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Partiya sədri verilişdə 31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümünə həsr olunan fikirlər səsləndirib, 1918-ci ildə Rəsulzadə və silahdaşlarının hansı əzab-əziyyətlərlə cümhuriyyət qurmasından danışıb.

Daha sonra İqbal Ağazadə 2 fevral Gənclər Günü ilə əlaqədar olaraq, Azərbaycan gəncinə səslənib. Nitqində partiya sədri vurğulayıb ki, bu məmləkət sizindir, ona sahib çıxın.

Verilişin gedişatında ölkədə mövcud iqtidarın işğaldan azad edilmiş torpaqlarda yürütdüyü yanlış idarəetmə, ölkə daxilində və xaricində ləngiyən siyasət, parlamentin qəbul etdiyi “Şuşa Bəyannaməsi” və s. məsələlər müzakirə edilib.

Sözügedən efiri izləyicilərə təqdim  edirik:

 

 

Şərh yaz