Ermənistan Qarabağla bağlı dünyaya sülhpərvər görüntüsü göstərib Rusiya ilə birgə oynayır – ƏNVƏR AĞAZADƏ

Ümid Partiyasının birinci müavini Ənvər Ağazadə 29 mart 2022-ci ildə Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Kərgicahanda gərginlik. Bizimkilər ermənilərə xəbərdarlıq etdi”,- mövzusu ətrafında baş tutub. 

Ənvər Ağazadə Qarabağdakı hərəkətlənmədən, ermənilərin səngər qazmasından, təxribat cəhdlərindən, bölgədə separatçı hərəkətlərindən danışıb. Onun sözlərinə görə, işğalçı Ermənistan Azərbaycanın torpaqlarından tam çıxıb getmək istəmir, 10 noyabr bəyanatının şərtlərinə əməl etməkdən boyun qaçırır və hansısa revanşist hərəkətlərə hazırlaşırmış kimi davranır.

Ümid sədrinin birini müavini Rusiya sülhməramlılarının Qarabağ bölgəsində gördüyü işlərdən, sabitlik adı altında baş verənlərdən, rus sülhməramlıların öz mandatlarına uyğun fəaliyyət göstərməməsindən də söz açıb. Onun fikrincə, Azərbaycan tərəfi haqlı olaraq baş verənlərə etirazını bildirir: “Ermənilər səngər qazır, növbəti revanşa hazırlaşır. Bunlar da Rusiya sülhmərmalılarının dəstəyi ilə baş verir. Azərbaycan tərəfinin etdiyi xəbərdarlıqlara əhəmiyyət verilmir”.

Ənvər Ağazadə qeyd edib ki, Qarabağda hər zaman, indinin özündə də problemlərin yaranmasının və bu həddə gəlməsinin əsas səbəbi Rusiyadır. O, bildirib ki, Ermənistanın sülh danışıqlarına hazır olduğunu bəyan etməsi də onun bunu istəməsi anlamına gəlməməlidir: “Sülhə hazır olan tərəf işğalçılıqdan əl çəkməldir. Ermənilər isə orada hərbi təlim keçirir, səngər qazır, Rusiya onlara humanitar yardım edir. Rusiya Qarabağda sülhün bərqərar olmasında tərəfdar deyil, ona münaqişə ocağı lazımdır”.

Ümid rəsmisinin sözlərinə görə, Qarabağa Rusiya sülhməramlıları gəldikdən sonra erməni silahlıları çıxmalı olsa da, bu, baş verməyib: “Azərbaycana qarşı təxribat həyata keçirirlər. Ermənistan sülhə hazır deyil. Bunun da başlıca səbəbi Rusiyanın onlara verdiyi dəstəkdir”.

O, dünya dövlətlərinin Qarabağ savaşında tutduğu mövqeyə diqqət çəkərək bildirib ki, hazırda, Ukraynada müharbə getdiyi ərəfədə bölgədə hərbi əməliyyatların aparılması həm də bu səbəbdən məqsədəuyğun deyil: “Biz ehtiyatlı davranmalıyıq. Rusiya da burada sülh istəmir”.

Ənvər Ağazadə həmçinin Ukraynaya Rusiyanın bir aydan artıq davam edən hərbi təcavüzündən, bunun gözlənilən nəticələrindən və haraya qədər davam edəcəyindən də danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz