Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 12 aprel 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Putin müharibədən danışdı: “Rusiyanı təcrid etmək mümkün deyil”” mövzusu ətrafında baş tutub.
Bakir Həsənbəyli bildirib ki, Rusiya prezidenti Putin və rəhbərlik etdiyi ölkə dünyadan özünü təcrid etmək ərəfəsindədir. Rusiyanın məruz qaldığı sanksiyalar heç bir dövlətə tətbiq olunmayıb. Sanksiyaların sayı artıq on minə yaxınlaşır. Ölkənin qızıl- valyuta ehtiyatlarının əksər hissəsi artıq əlçatan vəziyyətdə eyil. Bu rezervlər Rusiya üçün bloklanıb və Ukraynanın bərpası üçün saxlanılır. Rusiyanın itkiləri hədsiz çoxdur, 20 min əsgəri, çox sayda da hərbi qüvvəsi məhv edilib. Belə olan halda, Rusiyanın məğlubiyyətinin yaxınlaşdığını deyən Bakir Həsənbəyli, bu məğlubiyyətin dünya üçün yeni bir başlanğıc olacağını vurğulayıb.
Ümid rəsmisi İraqdan Rusiyaya silah verilməsinə, Rusiyanın yanında dayanmağa cəhd edən dövlətlərə və onların gözlənilən aqibətinə də toxunub. O, 42 ölkənin Rusiyanı Haaqa Məhkəməsinə verməsindən də danışıb və bildirib ki, dünya bu vəhşiliyin cavabını mütləq verəcək.
Bakir Həsənbəyli üçüncü dünya müharibəsi ehtimalından da danışıb və bildirib ki, bu təhlükə var və realdır.
Sözügedən efiri izləyicilərə təqdim edirik: