Aprelin 12-də Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. İclasda ölkədə, həmçinin bölgədə baş verən ictimai-siyasi vəziyyət müzakirə edilib, qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparılıb.
İclasda Qarabağ bölgəsində baş verənlər, hərəkətlənmə, ermənilərin təxribat cəhdləri, eyni zamanda hərbi əməliyyat ehtimalları müzakirə edilib.
Toplantıda Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi dəyişikliklər də müzakirə edilib. Eyni zamanda, partiyanın bir neçə proqramının yenilənməsi detallı şəkildə müzakirə edilib. Partiyanın regional müşavirələrin keçirilməsi də müzakirəyə çıxarılıb. Partiyanın seçki hazırlığı da iclasın müzakirə mövzusu olub.
Rəyasət Heyətinin toplantısında iki aya yaxın davam edən Rusiya-Ukrayna müharibəsi, Rusiyanın hərbi təcavüzü, ona qarşı edilən sanksiyalar, Rusiyanın özünü defolt elan etməsi kimi məsələlər də müzakirəyə çıxarılıb.
Mərkəzi Bankın sədrinin dəyişdirilməsi, manatın gözlənilən durumu və maliyyə bazarındakı vəziyyət də iclasda müzakirə olunan mövzular arasında olub.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi