Aprelın 25-də Ümid Partiyasının Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasda ölkədə, eyni zamanda regionda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub. Partiya rəsmiləri qarşıda duran vəzifələr barədə də fikir mübadiləsi aparıblar.
İclasda Rusiya-Ukrayna müharbəsi, Rusiyanın işğal siyasəti, bunun səbəbləri və detalları müzakirə edilib. Müharibənin nəticələri və postmüharibə dövrü barədə də ehtimallar irəli sürülüb.
Rəyasət Heyəti Qarabağ bölgəsindəki hərəkətlənmə və hərbi əməliyyatlar barədə yayılan xəbərləri də müzakirəyə çıxarıb.
İclasda ABŞ Prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verənləri “soyqırımı” adlandırması da müzakirə edilib.
Toplantının gedişatında ölkədə bugünədək keçirilən seçkilərlə bağlı danışılıb, gələcək seçkilərin saxtalaşdırılmaması, xalqın səsinin oğurlanmaması üçün hansı addımların atılması müzakirə edilib.
Şərh yaz