Ümid Partiyası sədrinin müavini Bakir Həsənbəyli 1 iyun 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Türkiyə anons verdi. Əməliyyatlar başlayır” mövzusu ətrafında baş tutub.
Bakir Həsənbəyli Türkiyənin antiterror əməliyyatı barədə gözləntilərindən və əməliyyatın gözlənilən nəticələrindən danışıb. Eyni zamanda, Türkiyənin silah istehsalını artırması və bunun da bir çox ölkələrdə narahatlıq yaratması da müzakirə mövzusu olub.
O, həmçinin Rusiya-Ukrayna müharibəsinin gözlənilən nəticələri, dünyanın baş verənlərə mövqeyi, dəstəyi, bu dəstəyin yetərli olub-olmaması barədə də fikirlərini bölüşüb.
Ümid rəsmisi Qarabağda baş verənlər, təxribat cəhdləri, erməni separatçılarının və rus sülhməramlılarının qanunsuz hərəkətləri barədə də fikrini bildirib. Bölgədə antiterror əməliyyatlarının keçirilməsinin nə dərəcədə əhəmiyyətli olması da veriliş zamanı müzakirəyə çıxarılıb.
Bakir Həsənbəyli bildirib ki, bunun üçün kifayət qədər imkanlarımız var, erməni tərəfi də özü qanunsuz hərəkətləri ilə antiterror əməliyyatının keçirilməsinə şərait yaradır. Amma buna mane olacaq müəyyən amillər də var. “Orada sülhməramlılar postlar qurub dayanıblar, əməliyyatlar ciddi bir problemin başlanğıcı ola bilər”.
Ümid sədrinin müavini Ermənistanda baş verənlərdən və bunun Qarabağ probleminə təsirindən də danışıb. O, həmçinin qeyd edib ki, Azərbaycan tərəfi qısa zamanda sülh müqaviləsinin məntini hazırlayıb təqdim etməlidir.
Sözügedən efiri izləyicilərə təqdim edirik: