Ümid Partiyasının müavinliyinin iclası keçirilib

17 iyun Ümid Partiyasının müavinliyinin iclası keçirilib.

Ölkə daxilindəki sosial-siyasi-iqtisadi durumun ağırlığı, bu problemlərdən çıxış yolu, bölgədə üç aydan artıq davam edən Rusiya-Ukrayna müharibəsi, Rusiyanın təcavüzkar siyasətindən əl çəkməməsi, dünya güclərinin Ukraynaya dəstəyi və bu dəstəyin nə dərəcədə yetərli olması müzakirə edilib. 

Müavinliyin toplantısında şəhid ailələrinin və qazilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təkliflər, bu mövzuda Ümid Partiyasının Konstitusiyaya edilən əlavə və dəyişikliklər layihəsi səsləndirilib.

Partiyanın Rəyasət Heyətinin rayon səfərləri müzakirə edilib, bölgələrdə, ümumilikdə ölkə vətəndaşlarının qarşılaşdığı problemlər və o problemlərdən çıxış yolu müavin və şöbə müdirlərinin diqqətinə çatdırılıb. Rayon şöbələrinin yenidən formalaşdırılması istiqamətində rəhbərliyin təcrübələri paylaşılıb.

Növbəti həftə ərzində Ümid Partiyası yetkililərinin canlı efirləri müəyyənləşib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz