Ümid Partiyasının Rəyasət Heyətinin üzvləri Sabirabad rayonunda səfərdə olub
Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə konfransa hazırlıq görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyun ayının 18-də Sabirabad rayonuna olub.
Rəyasət Heyətindən konfranslara hazırlıq üzrə Təşkilat Komitələrinin formalaşdırılmasında partiya sədrinin siyasi məsələlər üzrə müavini Hacı Bakir Hesenbeyli, partiya sədrinin gənclər üzrə müavini Mubariz Maxsudov iştirak ediblər. Onlar partiyanın Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları ilə görüşüblər.
Toplantıda ölkədə, regionda və dünyada baş verən proseslər müzakirə olunub, təşkilati məsələlərlə bağlı fikir mübadilələri aparılıb.
Sabirabad rayon təşkilatının ölkə Konstitusiyasına və Seçki Məcəlləsinə dəyişikliklərin zərurəti ilə bağlı sualları partiya rəhbərliyi cavablandırıb, aidiyyatı istiqamətdə təkliflər verilib. Rayon təşkilatının rəhbərliyi və üzvləri partiyanın Konstitusiyaya dəyişikliklərlə bağlı edilən təkliflərini təqdir edib, partiya sədri İqbal Ağazadə və partiya funksionerlərinin iştirak etdiyi canlı yayınları, çıxışları xüsusi olaraq dəyərləndiriblər.
Toplantıda rayon təşkilatının növbəti konfransına hazırlıqla əlaqədar 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi