12 noyabr Azərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.
Müstəqillik dövründə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
Yenidən müstəqillik və Konstitusiyanın qəbul edilməsi təbii ki, xalq adına, dövlət adına sevindirici haldır. Lakin bu gün Konstitusiyamizda müəyyən boşluqlar da var.
Ümid Partiyasının sədri İqbal Ağazadə dəfələrlə partiyanın Konstitusiyaya əlavə və dəyişikliklər təklifləri ilə çıxış edib. Qanunverici və icraedici orqanlarda dəyişikliklərin edilməsi, vətəndaşların sosial təminat hüququ – ölkə vətəndaşlarının firavan həyat yaşaması, dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsi, daxili və xarici siyasətin gücləndirilməsi üçün bu təkliflərin nəzərə alınması vacibdir.
İnanırıq ki, torpaqlarımızın işğaldan azad edilmiş ərazilərində icra üçün Konstitusiyamız dövlətçilik baxımından çox vacib dəyişikliklərlə zənginləşəcək, daha sonra nəzarətimizdə olmayan torpaqlarımızda qanunların həyata keçirilməsi üçün dövlətimiz və xalqımız üçün daha dolğun, daha mükəmməl konstitusiya bəndləri əlavə ediləcək.
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın sədri İqbal Ağa-zadə və partiyanın Rəyasət Heyəti Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza azad, demokratik cəmiyyətdə, məhkəməsi azad, insan haqları qorunmuş, sosial təminatlı bütövləşmiş Azərbaycanda yaşamağı arzulayır.