İran özünün dağılma təhlükəsi səbəbindən dünyaya nüvə təhlükəsi mesajını verir – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 22 noyabr 2022-ci il Reaksiya Tv-də Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Verilişdə YAP-ın 30 illiyinə partiyaların dəvəti müzakirə edilib, cəmiyyətdə dialoqun formalaşması, siyasi partiyaların münasibəti təhlil edilib. Ümid Partiyasının illərdir təqdim etdiyi barış, sülh, dialoq təklifləri də diqqətə çatdırılıb. 

Verilişin gedişatında İqbal Ağazadə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin azadlıqdan məhrum edilməsini pisləyib, partiya sədrinə 4 aylıq həbs-qətimkan tədbiri seçiləndə Ümid Partiyasının bəyanatından söz açıb, hakimiyyətə VİP sədrinin azad edilməsi istiqamətində çağırış edib.

Partiya sədri Azərbaycanın İsraildə səfirliyinin açılacağını yüksək qiymətləndirib, 2006-cı ildə birbaşa Azərbaycan Respublikasının Milli Məclisində səfirliyin açılmasının gərəkdiyini dəfələrlə partiya tərəfindən iqtidara təqdim edilməsini də xatırladıb. 

Daha sonra İran adlanan ərazidə davam edən aksiya və mitinqlər, Putinin İrəvana səfəri və digər məsələlər müzakirə edilib.

Veriliş “Putin Ermənistanda. Sərhəddə və Qarabağda atəş səsləri…” mövzusu ətrafında baş tutub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

 

Şərh yaz