Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya İnternet Televiziyasında Zaur Qəriboğlunun təqdimatında “Siyasi reaksiya” verilişində işğaldan azad edilmiş torpaqlarımızda həyata keçiriləcək olan “Ağıllı şəhər” layihəsinə sərt mövqe sərgiləyib.
İqbal Ağazadə bildirib ki, niyə qoymursunuz, işğaldan öncə insanlar öz dədə-baba yurdunda necə yaşamışdılarsa, indi də elə yaşasınlar? Bu, qaçqınların hüquqlarını tapdalamaq deyilmi? Əgər işğal faktoru olmayan torpaqlarımızda insanlarımız öz yurd yerinə sahib olub istənilən təsərrüfatı həyata keçirə, həm də pay torpaqları əldə edə bilirsə, məcburi köçkünün babasının dağılan tifağının üstündə özünə ev tikməyə, torpaq salmağa haqqı yoxmu?
“27 il iqtidarın hərəkətliliyi və ya hərəkətsizliyindən bu insanların haqqına girilib, indi bu insanlar kənd yerində “Ağıllı şəhər” layihəsinə cəlb olunur, nədən?! “Ağıllı şəhər”i gətirin, Bakının Sulutəpə, “UPD”, “Xutor” və s. ərazilərində həyata keçirin, daha Şuşada, Kəlbəcərdə deyil”, deyə partiya sədri əlavə edib.
Verlişin sözügedən hissəsini izləyicilərə təqdim edirik: