Ümid Partiyasının sədri İqbal Ağazadə 15 fevral 2022-ci ildə Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Ramiz Mehdiyev getsə və ya getməsə nə olacaq?!” mövzusu ətrafında baş tutub.
Partiya AMEA sədri Ramiz Mehdiyevin ətrafında cərəyan edən hadisələr, istefa çağırışları, səbəbləri, həmçinin onun hələ də istefa verməməsinin səbəblərindən danışıb. Həmçinin, illər əvvəl R.Mehdiyev haqqında yazdığı məqalələrdən, elmlə məşğul olmayanların Akademiyanın işində və idarəçilikdə iştirakının arzuolunmazlığından, ölkədə çətin yola salınacaq kadrın olmamasından da söz açıb. İ.Ağazadə Ramiz Mehdiyevə vəzifədə olanda ona qarşı çıxmağa qorxanlardan, onun barəsində danışmaqdan çəkinənlərdən, bu gün isə onun üstünə gedilməsi, həmçinin R.Mehdiyevin dirənişinin səbəblərindən də bəhs edib.
Verilişdə gedişatında ofşor zonalardakı pullardan, insan oğurluğu, seçki saxtakarlığı kimi məsələlərdən də danışılıb. Milli məsələlərdə iqtidarla danışığa getmək, iqtidarın və müxalifətin məsuliyyəti kimi mövzulara da toxunulub.
Efirdə o cümlədən, sərhəddə baş verənlərdən, erməni təxribatından, terrorçu Arayik Arutunyanın həbs edilməməsindən, orduda maliyyə pozuntuları səbəbindən olan həbslərdən də danışılıb.
Ölkə məhkəmələri, insanların düşüncəsinə, dediyi sözə görə həbs edilməsi, VİP sədri Əli Əliyevin həbsi, onun ölümlə təhdid olunması barədə dediyi fikirlər də müzakirə mövzusu olub.
İ.Ağazadə parlamentdə boş qalan yerlərə keçirilməsi gözlənilən seçkilərdən də danışıb və Real sədrinin boş qalmış dairələrlə bağlı dediyi fikirlərə münasibət bildirib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: