Artıq müharibənin müqəddəratını Ukrayna müəyyənləşdirir – TALEH ƏLİYEV

Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev 6 may 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Ruslar Mariupoldan geri çəkilir. ABŞ etiraf etdi” mövzusu ətrafında baş tutub.

Taleh Əliyev Rusiya-Ukrayna müharibəsindən, hərbi əməliyyatların nə şəkildə davam edəcəyindən və sonucları ilə bağlı gözləntilərdən danışıb. Onun fikrincə, dnüya gücləri bu müharibənin Putinin hakimiyyətdən devrilənə qədər davam etdirilməsi istəyir.

Ümid rəsmisi Rusiyanın İsraildən üzr istəməsi faktına toxunub və bunu diplomatik korpusun Ukraynadakı məğlubiyyətinin davamı olaraq atdığı addım kimi dəyərləndirib. O, həmin müharibədə sülh üçün laızm olanlardan da danışıb.

Taleh Əliyevin fikrincə, Ukrayna prosesləri artıq diqtə edir. Onun szlərinə görə, Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətləri ciddi faşizm siyasətinin təzahürüdür və dünya birliyi Putindən əl çəkməyəcək, o, insanlıq əleyhinə törətdiyi bu cinayətlərə görə cəzasını alacaq.

Taleh Əliyev Ermənistanda baş verən aksiyalara diqqət çəkərək, Qarabağ məsələsi fonunda prosesləri təhlil edib. Paşinyan hakimiyyətinə təpkilər, Qarabağda son dövrlər baş verənlər, sülh müqaviləsi gözləntisi, Rusiyanın bu sülh gözləntilərində tutacağı mövqe də verilişdə müzakirə mövzusu olub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz