ATƏT-in Minsk qrupu öhdəliyini yerinə yetirsəydi, 44 günlük savaş olmazdı – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 2 dekabr 2022-ci ildə Kamran Mahmudovun təqdimatında Toplum Tv-də “Xəbərin ardınca” verilişində canlı efir qonağı olub.

Veriliş “Azərbaycan və Ermənistan arasında yenidən müharibə təhlükəsi var?” sualı ətrafında baş tutub. 

Baş tutan efirdə Azətbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etməsi məsələsi müzakirə olunub. Partiya sədrininmüavini qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi üçün Cənubi Qafqazda sülhü və əmin-amanlığı gətirən nəticə hüquqi nəticələrdir. Hüquqi nəticələr Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın tanıdığı ərazi bütövlüyüdür və bu ərazi bütövlüyü çərçivəsində də Azərbaycanın suveren hüquqlarının bərpasıdır. Çox təəssüflər olsun ki, ATƏT – in Minsk qrupu çərçivəsində də, digər birliklər çərçivəsində də tərəflər Azərbaycanın ərazi bütövlüyünü uzun illər tanısa da, hüquqi deyil, siyasi həllə üstünlük verdikləri üçün 44 günlük savaş çıxdı. İndi də hüquqi deyil, siyasi həllə üstünlük verəcəklərsə, yenidən savaşın olması qaçılmaz olacaq. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və sülh müqaviləsi imzalamaması onun göstəricisi olacaq ki, Ermənistan optimal vaxt və ya hansısa tərəflərdən demarş gözləyir ki, nə zaman ona yardım edəcəklərsə, müharibəyə başlasın. Bundan da əlavə Ermənistan Rusiya-Ukrayna savaşının nəticələrini gözləyir, Post-Putin dönəmi üçün sülh müqaviləsini hələ də imzalamır.

Verilişin gedişatında Tamilla Qulami Güney azərbaycanlıların istiqlal savaşından danışıb, Lavrovun xəritələrlə bağlı çıxışına, Naxçıvan məsələsinə və digər gündəm mövzularına mövqe bildirib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

 

Şərh yaz