Azərbaycan Ümid Partiyası Hərbi Hava Qüvvələri əməkdaşlarını təbrik etdi

Azərbaycan Ümid Partiyası Hərbi Hava Qüvvələri əməkdaşlarını təbrik etdi.
14 fevral Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür.
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci il məlumatına görə 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. HHQ-nin arsenalında “Aero L-39” təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-29, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Hərbi Hava Qüvvələri əməkdaşlarını təbrik edir, onlara uzun ömür can sağlığı, peşə fəaliyyətlərində müvəffəqiyyət arzulayır.
Şərh yaz