26 oktyabr Azərbaycan Ümid Partiyasının Mərkəzi Qərargahında partiyanın Ümumrespublika Müşavirəsi keçirilib. Müşavirədə Ümid Partiyasının sədri İqbal Ağa-zadə, partiyanın İdarə Heyətinin üzvləri, yerli şöbə rəhbərləri iştirak ediblər.
Ümumrespublika müşavirəsi zamanı ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın qarşısında dayanan vəzifələr, cari ilin dekabr ayında keçiriləcək Bələdiyyə seçkiləri müzakirə olunub.
Müşavirədə Ümid Partiyasının sədri İqbal Ağazadə ölkə və dünya gündəmində olan ictimai-siyasi vəziyyət və partiya funksionerlərinin vəzifələri ilə bağlı geniş məruzə ilə çıxış edib.
Tədbirin gedişatında müzakirələr zamanı qərara alınıb ki, partiya Bələdiyyə seçkilərində iştirak etsin və rayon şöbələrinə bu istiqamətdə hazırlıq işləri görməklə bağlı tapşırıq verilib.
Şərh yaz