Ümid Partiyası sədrinin İqbal Ağazadə 12 may 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Putin “NATO”su toplanır.Azərbaycan üçün Ukrayna dərsi” mövzusu ətrafında baş tutub.
Verilişdə Rusiya-Ukrayna müharibəsi, Rusiyanın təcavüzkarlıq siyasəti və müharibənin necə bitəcəyi ilə bağlı proqnozlar səsləndirilib.
İqbal Ağazadə üç aya yaxın davam etməkdə olan Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüzkarlıq siyasətindən, Ukraynaya dünya ölkələri tərəfindən verilən dəstəkdən, həmçinin Rusiyaya qarşı həyata keçirilən çoxsaylı sanksiyalardan danışıb. O, həmin sanksiyaların Rusiyaya hansı təsirləri olacağı ilə bağlı fikirlərini də bölüşüb.
Eyni zamanda, müharibənin dünyaya, dünya düzəninə və iqtisadiyyatına təsirləri də verilişdə müzakirə mövzusu olub.
Üçüncü dünya müharibəsi təhlükəsi, onun hansı miqyasda olacağı ilə bağlı ehtimallar da müzakirə edilib, İqbal Ağazadə proqnozlarını bölüşüb.
Ümid sədri Azərbaycanla bağlı proqnozlara diqqət çəkərək bildirib ki, Azərbaycan üzünü Rusiyaya yox, Qərbə tutmalıdır. O, ölkədə rusdilli məktəblərin sayının azaldılması barədə də təkliflərini verib.
Qarabağın tam işğaldan azad olunmaması, rus sülhməramlılarının və erməni separatçılarının oradakı təxribatları, Azərbaycanın bu kimi problemlərdən çıxış yolları da verilişdə müzakirəyə çıxarılıb.
Post-Putin dövrünə hazırlıq barədə fikir və təklifləroini bölüşən İqbal Ağazadə bildirib ki, yaxın gələcəklə bağlı Azərbaycanın yol xəritəsi olmalıdır.
Ölkədəki çoxsaylı problemlərədn danışan Ümid sədri seçki problemlərindən, bələdiyyələrdə olan problemlərdən də danışıb. O, Konstitusiya islahatları təklifini bir daha diqqətə çatdırıb və bununla bağlı Ümid Partiyasının təkliflər paketindən qeydlər səsləndirib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: