Ümid Partiyasının sədri İqbal Ağazadə 7 iyun 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Qazaxıstan referenduma getdi. Biz nə etməliyik?!” sualı və mövzusu ətrafında baş tutub.
İqbal Ağazadə Əbülfəz Elçibəy hakimiyyətindən, demokratik cəmiyyət quruculuğundan, bu istiqamətdəki problemlərdən danışıb.
O, həmçinin Qazaxıstandan danışaraq, orada referendum keçirilməsinə toxunub. İqbal Ağazadə Azərbaycanda da Qazaxıstandakı kimi referendum keçirilməsinin mümkün olub-olmamasından, eyni zamanda, bunun vacibliyindən danışıb.
Ölkədə olan çoxsaylı problemlərə toxunan Ümid sədri, siyasi məhbus problemindən, məhkəmələrin azad olmamasından, seçki islahatlarının vacibliyindən də söz açıb.
Maliyyə amnistiyası, bunun mümkünlüyü və şərtləri, təhsil problemləri, qazilərin qarşılaşdıqları çətinliklər də verilişdə müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: