Azərbaycanda rəsmi milyarder olmasa da, hakimiyyət kimin cibində nə qədər pul olduğunu çox gözəl bilir – BAKİR HƏSƏNBƏYLİ

Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 4 aprel 2022-ci ildə Əvəz Zeynallının təqdimatında Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Bar partlayışının arxasında kim(lər) var?!” sualı ətrafında baş tutub.

Bakir Həsənbəyli efirdə Bakının mərkəzində baş verən güclü partlayış barədə ehtimallarını bölüşüb. Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan partlayışla bağlı versiyalar sadalanıb və müxtəlif ehtimallar müzakirə edilib.

Ümid Partiyasının sədr müavini həmçinin ölkədəki çoxsaylı problemlərdən danışıb və onlardan çıxış yolu kimi Ümid-in təkliflərini səsləndirib. O, islahatlara getməyin vacibliyindən də söz açıb. Xüsusən Konstitusiya dəyişikliklərinin vacibliyini diqqətə çatdırıb və Ümid Partiyasının bu istiqamətdəki təkliflərini səsləndirib. Bakir Həsənbəyli eyni zamanda ölkədəki korrupsiyadan da danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

Şərh yaz
PAYLAŞ