Azərbaycanla Ermənistan arasında təcili Sülh Müqaviləsi imzalanmasa, Rusiya bölgədə güclənəcək – TAMİLLA QULAMİ

Ümid Partiyasının sədr müavini Tamilla Qulami 16 iyul 2021-ci il Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-nin canlı efir qonağı olub.

Verilişdə prezidentin təşəbbüsü ilə diplomatik korpus nümayəndələrindən Şuşaya səfər etməyən ölkələrin Qarabağ məsələsindəki mövqeləri, Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması və onun səbəbləri, Rusiyanın bölgədə təklənməsinin yolları, Azərbaycanın daxili və xarici siyasəti müzakirə edilib.

Tamilla Qulami partiyanın mövqeyi olaraq ifadə edib ki, biz hakimiyyətə təkliflər paketi təqdim etmişik. O təkliflər Azərbaycan-Ermənistan arasındakı konfliktin həlli istiqamətində və Rusiyanın bölgədəki hegemonluğuna son qoyulması üçün irəli sürülüb. Hakimiyyət təcili olaraq, Ümid Partiyasının təqdim etdiyi sənədləri masaya təqdim etməlidir.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz