Bəs mənəviyyata, dəyərlərə, prinsiplərə, kişiliyə nə söz? – İQBAL AĞAZADƏ Söyüdlüdəki olaydan yazdı

Gədəbəydə baş verən hadisə qanunlara zidd, hüququ ayaqlar altına atmaqla yanaşı, olduqca məyusedici olaydır.

Hüquqi tərəfini danışmaq istəmirəm. Çünki bunun çox oxşarını, hətta betərini görmüşük.

Bəs mənəviyyata, dəyərlərə, prinsiplərə, kişiliyə nə söz?

Bir köməksiz və yaşlı qadının üzünə qaz sıxmağın adı nədir, kimin, nəyin adına yazılası hadisədir?

Kim cavab verə bilər buna, ay hörmətli səlahiyyət sahibləri?

Əmri kim verib, kim icra edib?

Nədən belə edirsiniz? O qadının üzünə qaz sıxmaqla kimə nəyi sübut edirsiniz?

Səlahiyyətli dövlət qurumları dərhal, həm də ləngimədən bu qanunsuzluğu və həm də dəyərlərə, prinsiplərə, insanlığa zidd olan bu olayı araşdırmalı, cavabdehlər məsuliyyətə cəlb olunmalı, o yaşlı anadan üzr istənilməlidir.

P.S. Ana, bizi bağışla…

Şərh yaz