Ümid Partiyasının sədr müavini Tamilla Qulami 2 iyul 2021-ci il Reaksiya Tv-də Zaur Qəriboğlunun təqdimatında “Siyasi reaksiya” verilişində canlı efir qonağı olub.
Verilişdə ölkədəki qiymət artımına sərt reaksiya bildirən, hakimiyyətə bütün bunlara son verilməsi üçün müraciət edən Tamilla Qulami bildirib ki, artıq bu hakimiyyət ölkəni idarə edə bilmir, nə icraedici orqan, nə də təyinatlı orqanlar öz vəzifələrini yerinə yetirmirlər.
Sədr müavini qeyd edib ki, ölkədə demokratik mühit yaradılmalı, referendum keçirilməli, prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsində vətəndaşların seçki hüququna girilməməli, məhkəmələr azad olmalı, sosial-siyasi-iqtisadi vəziyyət düzəldilməlidir. Ən əsası isə bütün bunları dəyişə bilməyən hakimiyyət istefa verməlidir.
Sözügedən verilişi izləyicilərə təqdim edirik: