Biz təcili və qeyd-şərtsiz neftsiz büdcə formalaşdırmalıyıq – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 29 mart 2022-ci il Press Klub Tv-də Kamran Həsənlinin təqdimatında “Babat Debat” verilişində canlı efir qonağı olub.

Veriliş “Qarabağda yenidən müharibə olacaqmı?” sualı ətrafında baş tutub.

İqbal Ağazadə son bir ayda Qarabağ bölgəsində yaranan hərəkətlənmədən, ermənilərin təxribat xarakterli hərəkətlərindən, həmçinin Rusiya mediası və ekspertlərinin Azərbaycana qarşı apardığı təbliğatdan və təhdidlərdən danışıb.

O, Rusiyanın Ukraynaya qarşı bir aydan artıq davam edən təcavüzündən danışaraq bildirib ki, bu, Rusiya prezidentinin qorxusundan irəli gəlir. Onun sözlərinə görə, qanlı müharibə Putinin qorxusudur. O, baş verənləri və verəcəkləri anlayır ki, bu şəkildə hücum edir, şiddət göstərir.

Ümid sədri Azərbaycanda tüğyan edən çoxsaylı prolemlərdən detallı danışıb və demokratikləşmənin vacibliyini vurğulayıb. O, iqtisadi və siyasi problemlərdən çıxış yollarını da göstərib və bu istiqamətdə təkliflərini verib.

İqbal Ağazadə çoxsaylı problemlərdən çıxış yolu kimi ölkədə demokratik seçki keçirilməsini göstərib və təklif edib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz