Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini İlahə Sadıqova 2 iyun 2021- i il “Oğuz TV”-nin canlı efirində aparıcı Əli Oğuzun cəmiyyətimizdə ailə problemləri, ailə institunun vəziyyəti, dövlətin gənclər siyasəti, uşaqpulu, boşanmaların sayının artması, boşanmalara səbəb olan məsələlərin kökündə dayanan səbəblər, dövlətin ailə institutu ilə bağlı yürütdüyü siyasət, sosial problemlər, bu sahələrdəki Ümid Partiyasının proqramları və təklifləri ilə bağlı suallarını cavablandırıb.
Aparıcının suallarını cavabandırarkən İlahə Sadıqova deyib ki, son zamanlar ailə institutundakı transformasiyalar, buna səbəb olan ölkənin siyasi sistemi və dövlətin ailə institutuna olan münasibəti bu sosial institutun məhvinə yol açacaq bir xətt üzrə inkişaf edir. Biz bunun nəticəsində xalq, cəmiyyət olaraq əziyyət çəkirik.
Partiyanın sədr müavini daha sonra əlavə edib ki, ailə dövlətin kiçik modelidir. Dövlətdə idarəetmə modeli hansı formadadırsa, bu, dolayısı ilə ailəyə də yansıyır. Təbii ki, istisnalar var, lakin bütövlükdə cəmiyyətin halını qiymətləndirərək demək istəyirəm ki, dövlət avtoritar və ya demokratik üsulla idarə olunursa, bu, mütləq ailədə də özünü göstərir.
İlahə Sadıqova deyib ki, ölkədə son 10 ildə boşanmaların sayı get-gedə artır. Bu cəmiyyət üçün, ailə institutu üçün böyük faciədir. Təəssüflər olsun ki, boşanmalara səbəb də məhz cəmiyyətdəki proseslərdir. Problemləri bir neçə qruplara bölsək, buraya sosial sahədəki əskiklikləri, narkomaniyanın artmasını, səlahiyyətli qurumların ailə məsələlərinə biganə yanaşmasını, hüquq sistemimizin qeyri-şəffaf olmasını daxil edə bilərik. Bu gün ölkədə hökm sürən işsizlik də boşanmalarda katalizator rolunu oynayır.
Verilişin gedişində sədr müavini dövlət idarəetməsi, demokratik və avtoritar rejimlərin oxşar və fərqli cəhərləri, seçki situasiyası, Azərbaycanda hakimiyyət dəyişikliyinə aparan yollar, xalq-müxalifət birliyi, eləcə də Ümid Partiyasının proqramları haqqında sualları cavablandırdı.
Sözügedən verilişi izləyicilərə təqdim edirik: