Ümid Partiyası İqbal Ağazadə 10 may 2022-ci ildə Pressklub Tv-də canlı efir qonağı olub.
Veriliş “Bayden Lend-Liz qanunu imzaladı, Putin nə edəcək?” mövzusu ətrafında baş tutub.
İqbal Ağazadə ABŞ prezidentinin Ukraynaya böyük məbləğdə yardım paketi ayırmasından, bununla bağlı qanunu imzalamasından, Ukraynaya dünyanın verdiyi dəstəkdən və Rusiyaya qarşı həyata keçirilən sanksiyalardan danışıb.
O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı gözləntilərini də bölüşüb. Qərbin Ukraynanın qalibiyyəti üçün çalışması, Ukrayna qalib gələcəyi halda, baş verəcəklər, bunun Azərbaycana təsirləri də verilişdə müzakirə mövzusu olub.
Ümid sədri ölkədəki rusdilli məktəblərdən, onların yaratdığı problemlərdən də danışıb və həmin məktəblərin yığışdırılmasının vacibliyini vurğulayıb, fikirlərini əsaslandırıb.
Ümumilikdə ölkədəki təhsil sisteminin vəziyyətindən danışan İqbal Ağazadə, təhsil sisteminin dəyişdirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: