Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 16 fevral 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiya təhdidi bitirmi? Təmizliklərin davamı gələcəkmi?” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini AMEA sədri Ramiz Mehdiyevlə bağlı yaşanan olaylardan, onun istefaya çağırılmasından, rejimin yetişdirdiyi kadrlar üzərində qurulan oyunlardan danışıb. O, hakimiyyətin qurduğu ssenarilərin uzun-uzadı təhlilinin düzgün olmadığını da vurğulayıb. Həmçinin, bu gün R.Mehdiyevi söyənlərin ondan az təhlükəli olmadığınından, demokratik olmayan rejimlərin mahiyyətindən, hakimiyyətin demokratiyaya zidd davranışlarından söz açıb.
B.Həsənbəyli Şuşa bəyənnaməsindən, rus sülhməramlılarının Qarabağdakı fəaliyyətindən, erməni terrorçularının hərəkətlərindən də danışıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: