Bu, Rusiya hakimiyyətinin fiaskosudur, məğlub tərəf məhz Putin və ölkəsidir- İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 1 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Rusiya öz qiyaməti ilə üzləşib, bitəcək!” mövzusu ətrafında baş tutub.
Ümid Partiyasının sədri Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın işğalçılıq siyasətindən, bu müharibənin xasiyyəti və xüsusiyyətinə görə fərqliliyindən, dünya ağalığına iddia edən imperialist ölkənin hazırkı durumundan danışıb.

Həmçinin, Rusiya ordusunun durumu, dağınıqlıq, pərakəndəlik, ordunun və xalqının əhval-ruhiyyəsinin hansı həddə olması da müzakirə edilib.

Rusiyanın nüvə hazırlıqları, bu müharibənin əslində gözlənilən hücum olmaması, dünyanın bu müharibəyə şərait yaratmasının səbəbi və verilişdə müzakirə mövzusu olub.

İqbal Ağazadə müharibənin gedişatından və gələcəyi ilə bağlı ehtimallarından da söz açıb. O, Rusiya prezidentinə qarşı əməliyyat keçirilməsi ehtimalından, Putinin törətdiyi hərbi cinayətlə bağlı məhkəmə qərarının gözlənilməsindən, dövlətlərin maraqlarından da danışıb. Verilişdə birləşmiş hərbi koalisiyanın yaradılması təklifi, post-Putin dönəmi də müzakirəyə çıxarılıb.

Ümid sədri hazırda Rusiyanın Ukraynadan daha böyük faciə yaşadığını, Rusiyanın və Putinin qardaşına, dindaşına, millətinə, slavyan xalqına saldırmasından, təcavüzündən, siyasi hakimiyyətin cəllad, qaniçən kimi tanınmasından və ona olan nifrətdən də bəhs edib. O, Putinin Hitlerin yolunun tutmasından, müharibənin məğlub tərəfinin məhz Rusiya olmasından da danışıb.

Verilişdə Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyi də müzakirə edilib.

Eyni zamanda, baş verənlərin Azərbaycana təsirləri də detallı şəkildə müzakirə olunub. Ölkədə Konstitusiya islahatları, referendum, sivil qaydada fazalı demokratiyaya keçidin mərhələləri də təhlil edilib. Hazırda Ukraynada olan azərbaycanlıların durumu, onlara konsulluq tərəfindən yardım edilməməsi, Rusiyaya qoyulan sanksiyaların Azərbaycana gözlənilən təsiri də müzakirəyə çxarılıb. 

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz