Bu gün – 23 avqust tarixi Azərbaycanımız üçün qara hərflərlə tarixə yazılan gündür. 27 il öncə təbii sərvətləri, zəngin təbiətilə Cəbrayıl və Füzuli işğal olundu mənfur düşmənlər tərəfindən…
Bu acı işğalla yanaşı, ağır vətəndaş itkilərimiz oldu – ŞƏHİDLƏR verdik. Allahdan şəhidlərimizə rəhmət diləyir, Vətən yaşasın, Vətən sağ olsun deyirik.
İnanırıq ki, biz bir gün mütləq Şuşada, Kəlbəcərdə, Laçında bayrağımızı dalğalandıracağıq.
İnanırıq ki, bir gün Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik.
İnanırıq ki, bir gün Cənubi Qafqazın gerçək lideri olacağıq – ədalətli, demokratik, güclü və güvənli vətənimiz olacaq… Niyə də olmasın?! Cəmiyyətimizin ən ümdə arzusu bu deyilmi? Arzulayırıqsa, edəcəyik – ümidlə o günü gözləyir, Ümidlə o günə gedirik…
Mütləq olacaq!