Ümid Partiyasının sədri İqbal Ağazadə Zaur Qəriboğlunun təqdimatında “Siyasi Reaksiya” verilişinin qonağı olub.
Bir saat davam edən canlı verilişdə partiya sədri aparıcının və izləyicilərin suallarını cavablandırıb.
Partiya sədri bildirib ki, ölkədə 8 may – Şuşanın işğalı gününün üstündən az qala sükutla keçilir, bir gün sonra böyük bir kütlə əsl mahiyyətini dərk etmədiyi 9 may qələbəsini qeyd edir. “9 may Hitler faşizmi üzərində Lenin-Stalin faşizminin qələbəsidir. Bizim bir çox ziyalılarımız Lenin-Stalin faşizminin qurbanı olmadımı? Ölkənin ziyalıları, düşünən insanları əlifba sırası ilə məhv edilmədimi?”, deyə İqbal Ağazadə əlavə edib
Lenin-Stalin faşizmi haqqında ətraflı olaraq, verilişdə izləyə biləcəksiniz.
Qarabağ qazisi olan partiya sədri hər zamankı kimi yenə də Qarabağ haqqında maraqlı fikirləri ilə diqqət çəkib. O bildirib ki, illərdir, nə daxildə, nə də xaricdə Qarabağın geri qaytarılması ilə bağlı heç bir planı olmayan bu hakimiyyətin Qarabağı alacağına inanmıram: birmənalı olaraq, Qarabağı almağın iki yolu var, ya sülh, ya da müharibə. Ermənilər bunu özü seçəcək, ya işğal etdikləri torpaqlarımızı boşaldacaqlar, ya da biz müharibə ilə vətənimizi işğaldan azad etməyin yolunu bilirik. Müharibəyə görə isə kimsə narahat olmasın. Heç bir müharibə sonsuz deyil. Bütün müharibələr sülhlə bitir”.
Verilişin irəliləyən dəqiqələrində İqbal Ağazadə Azərbaycan hökümətinin Cəbrayılda körpü tikintisinə icazə verməsi məsələsinə həddindən artıq sərt münasibət bildirməklə, bu addımın Rusiya və İranın təhdidi ilə atıldığını, xalqa, dövlətçiliyə xəyanət olduğunu qeyd edib.
Nəzərinizə çatdıraq ki, İqbal Ağazadə verilişdə həmçinin Milli Məclisin mətbuatsız iclasları, icra başçılarının həbsi, Mədəniyyət Nazirliyindəki islahatlar kimi gündəmdə duran ciddi məsələləri təhlil edərək, öz siyasi reaksiyanı bildirib.
Verilişin linkini sizlərə təqdim edirik: