Camaatın ata-baba yurdunu qaytarın – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə  Bizimyol.info-ya verdiyi açıqlamada geri qayıdış üçün nəzərdə tutulan sorğuların keçirilməsini düzgün hesab etmədiyini bildirdi.

“Çox nahaq yerə camaat arasında sorğu keçirilir. Bu nə deməkdir – gedirsiniz ya getmirsiniz? Camaatın ata-baba yurdunu qaytarın verin özünə. O insanlara öz evinin daşı, torpağı əzizdir. Bu gün Lənkəranın, Qazaxın, Astaranın və istənilən rayonun, istənilən kəndinin adamları var ki, onlar illərdir iş üçün evlərindən çıxıb harasa gediblər. Kim onların getməsinə nə deyə bilər ki? Evini tərk edib Rusiyaya gedən də var, Bakıya gedən də. Onlardan soruşan varmı? Məcburi köçkün dövlətin hərəkətindən və ya hərkətsizliyindən 28 il əziyyət çəkib. Bu gün burda dövlət tərəfindən onlar üçün tikilən evlərini təhfil versinlər, öz ata yurdlarında da evlə təmin olunsunlar. Sonra bu evi, o torpağı satacaq, satmayacaq, içində yaşayacaq ya yox, gəlib burda fəhlə işləyəcək ya yox buna heç kim qarışa bilməz. Çünki, onlar Azərbaycan vətəndaşıdırlar və buna görə də cəzalandırıla bilməzlər. Hər kəsin evi uçot vərəqələrinə uyğun tikilib özünə verilməlidir. Ondan sonra kim öz evi ilə necə rəftar edər, özü bilər. Bizim başqa rayonlarımızda torpaqlarını satan vətəndaşlar yoxdur? Kim onlara nə deyir? Bu məsələnin onuncu tərəfidir, niyə burdan yanaşılır?!

Şuşaya dair planları təqdir edirəm. İstəyirlər, İsveçrə kimi kurort etsinlər, mədəniyyət mərkəzinə çevirsinlər. Amma hər bir halda azad olunan kənd və şəhərlərimiz adamlarla dolu olmalıdır. Adamsız bu layihələrin əhəmiyyəti yoxdur. Ona görə azad edilmiş bütün torpaqlarımızda ciddi məskunlaşma getməldir. Bizim orda sayımız üstünlük təşkil etdikcə düşmən özü könüllü köçüb gedəcək”,- deyə partiya sədri bildirib.

İlhamə

Bizimyol.info

Şərh yaz