Cümhuriyyət Günündə konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı

Ümid Partiyası Ağstafa rayon şöbəsi Cümhuriyyət Günündə konfransa hazırlıq üzrə Təşkilat komitəsi yaratdı.
Bu gün Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadənin iştirakı ilə Ağstafa rayon şöbə fəalları Cümhuriyyət bayramını qeyd ediblər. Cümhuriyyət qurucularının və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Ə. Ağazadə partiya sədrinin təbrikini yığıncaq iştirakçılarına çatdırıb. Sədr müvini Cümhuriyyətin yaranmasının əhəmiyyətindən, habelə qurucuların fədəkarlığından, keçdikləri mübarizə yolundan danışıb, ölkədə və regionda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub.
Sonra 9 nəfərdən ibarət konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Qarabağ qazisi Ceyhun Əliyev TK-nın sədri seçilib.
Qeyd edək ki, bir müddət əvvəl Ümid Partiyası Rəyasət Heyətinin qərarı ilə Ağstafa rayon şöbəsinin seçkili orqanları buraxılmışdı.
Şərh yaz