Demokratiya üçün iştirakçılıq nə qədər çox olacaqsa, o qədər tez demokratikləşəcəyik – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 7 fevral 2022-ci il Sevinc Osmanqızının təqdimatında Osmanqızı Tv-də canlı efir qonağı olub.

Verilişdə fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatdakı görüşləri müzakirə edilib. 

İqbal Ağazadə efirdə Qarabağla bağlı edilməsi gərəkən təkliflər verib, ölkədə insan haqlarının pozulmasını, siyasi sifarişli həbsləri, mövcud iqtidarın siyasətini sərt tənqid edib.

Verilişin gedişatında deputat Cavanşir Feyziyevin London məhkəməsindəki əmlakı ilə bağlı Azərbaycan mediası ilə çəkişmələri və digər məsələlər müzakirə edilib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz